Milyarderin qaçırılan nəvəsinin meyiti tapıldı - FOTO
7 Sentyabr 2022 13:11 DünyaOlaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Haber Global"-ın məlumatına görə, ABŞ-ın ən böyük topdansatış distribütorlarından biri olan "Orgill"in sahibi, milyarder Cozef Orgillin qaçırılan nəvəsi Eliza Fletçerin meyiti tapılıb.
Uşaq bağçasında müəllim olan və sadə həyat tərzi sürən 34 yaşlı Eliza günorta saatlarında idman məqsədi ilə qaçış zamanı oğurlanmışdı. Müşahidə kameralarının görüntülərindən aydın olub ki, küçələrin birində qara yolsuzluq avtomobili qadının yanında saxlanılır, sonra maşından düşən bir kişi onu zorla maşına salır.
Hadisə yerində Fletçerin cib telefonu və 38 yaşlı afroamerikalı Kleota Abstonun başmaqları olub.
Polis artıq şübhəlini həbs edib. Onu birinci dərəcəli qətlə görə mühakimə gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31