Kişilər haqqındakı kitaba görə qadınlar arasında dava düşdü - VİDEO
7 Sentyabr 2022 10:22 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "kp.ru"-nun məlumatına görə, Moskva kitabxanalarının birində iki qadın oxucu arasında dava düşüb.
İnsidentə səbəb müəssisənin psixologiya bölməsində satılan kitablardan biri olub.
Alıcılardan biri kişilər barəsindəki kitabın son iki nüsxəsini götürüb. Digər qadın isə xanımdan kitabın birini ona verməsini xahiş edib və rədd cavabı aldıqdan sonra tərəflər arasındakı mübahisə münaqişəyə çevrilib.
Yumruq və təpiklərin işə düşdüyü davada güzəştə gedən olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31