Covid-19 tədbirləri ilə bağlı daha bir qadağa LƏĞV EDİLİB

Almaniya Covid-19 tədbirləri ilə bağlı daha bir qadağanı ləğv edib.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Almaniyanın Səhiyyə naziri Karl Lauterbax təyyarədə maska ​​tələbinin sona çatdığını açıqlayıb.

Lauterbax Almaniyanın təyyarədə maska ​​tələbini ləğv edən son ölkələrdən biri olduğunu qeyd edib.

Nazir, "Avtobus və qatarlarda maska ​​taxmaq öhdəliyi ilə bağlı danışıqlar aparmayacağıq. İnfeksiyadan Qorunma Qanununa əsasən payızda yoluxma halları kəskin şəkildə artarsa, təyyarədə də maska taxma öhdəliyi yenidən qüvvəyə minəcək".

O, həmçinin Almaniyanın payızda infeksiyaların sayının artacağı təqdirdə qapalı və hətta açıq havada maskaların məcburi ola biləcəyinə diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31