"İnsanların elektrik ödənişləri ilə üzləşməməsini təmin edəcəyik" - Trass

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass enerji böhranına qarşı mübarizə proqramını açıqlayacaq.

Olaylar.az "Report"a istinadən bildirir ki, o, bu barədə Dauninq-stritdəki iqamətgahın qarşısında hökumət başçısı kimi ilk çıxışı zamanı deyib.

Yeni Baş nazir artan elektrik tarifləri ilə mübarizə üçün bir sıra tədbirlər həyata keçirəcəyinə söz verib.

"Biz insanların dözülməz elektrik ödənişləri ilə üzləşməməsini təmin edəcəyik", - Trass qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31