"Estoniya və Rusiya “müharibə” vəziyyətindədir"
6 Sentyabr 2022 16:01 DünyaOlaylar.az xəbər verir ki, estoniyalı deputat Maris Lauri bildirib ki, Estoniya və Rusiya "müharibə" vəziyyətindədir. Bu barədə Baltnews xəbər verir. "Bizim burada müharibə var. Güllə uçmur, amma gülləsiz müharibə mümkündür. Belə bir müharibəni Putin Rusiyası başlatdı və hədəf Qərb, o cümlədən Estoniyadır", - deyə parlamentari bildirib.
Onun sözlərinə görə, Estoniya tarix boyu dəfələrlə Avropadan köməksiz qalıb, Rusiya isə respublikaya "həmişə hücum edib". Lauri hesab edir ki, Baltikyanı ölkə NATO və Avropa İttifaqına üzv olması sayəsində indi təhlükəsizdir.
Deputat əlavə edib ki, Estoniya "Qərb sivilizasiyasının sərhəd ölkəsidir" və bu baxımdan Rusiya Federasiyası ilə daha diqqətli olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31