Rusiya üç Ukrayna Su-25 təyyarəsini vurub

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyasının silahlı qüvvələri son sutka ərzində Nikolayev-Krivoy Roq istiqamətində olan Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə zərbələr endirməkdə davam edir. 

Bu istiqamətdə gün ərzində Ukrayna 12 tankı, 11 piyada döyüş maşını və səkkiz digər zirehli texnikası, ağır pulemyotlu altı pikap maşını və 210-dan çox şəxsi heyətini itirib. Donetsk Xalq Respublikası ərazisində Ukrayna Silahlı Qüvvələrinin 54-cü və 93-cü mexanikləşdirilmiş briqadalarının bölmələrinin müvəqqəti yerləşdirmə məntəqələri vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31