Ərdoğan Bosniya və Herseqovinada səfərdədir
6 Sentyabr 2022 15:11 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada rəsmi səfərdədir.
Olaylar.az xəbər verir ki, səfər Balkan ölkələrinə ziyarət çərçivəsində baş tutub.
Türkiyə lideri növbəti günlərdə Serbiya və Xorvatiyaya da gedəcək.
Ərdoğan səfər çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələləri müzakirə edəcək.
Eyni zamanda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub.
Səfərdə Ərdoğanı geniştərkibli nümayəndə heyəti müşayiət edir.
Balkan ölkələrinə səfər sentyabrın 8-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31