Təyyarədə sərxoş qadın aləmi bir-birinə qatdı - VİDEO

Moskva-Antalya reysi ilə uçan qadın sərnişin sərxoş halda əlbəyaxa dava edib.

Olaylar.az bildirir ki, videogörüntülərdə qadın digər sərnişinlərə qarşı nalayiq ifadələr işlədib. Eyni zamanda rusiyalı qadın stüardessaların onu kresloya oturtmaq cəhdlərinə müqavimət göstərib və stüardessanın əllərindən tutub. Kanal sərnişinin sərxoş olduğunu bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, onlar üç dəfə qadını lentlə bağlamaq istəyiblər. "Mash"ın məlumatına görə, Antalyaya çatan zaman səs-küylü şəxs Türkiyə polisi tərəfindən saxlanılıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31