Avtobusun təkərlərinin altına “Molotov kokteyli” atıb
6 Sentyabr 2022 13:44 DünyaSankt-Peterburqda şəhərin Mərkəzi Dairəsinin polisi Suvorovski prospekti ilə 9-cu Sovetskaya küçəsinin küncündə avtobusun təkərlərinin altına "Molotov kokteyli" atan naməlum şəxsi axtarır.
Olaylar.az bildirir ki, hadisə sentyabrın 4-də saat 23:30 radələrində baş verib. Xuliqan "Molotov kokteyli"ni yandıraraq avtobusa tərəf atıb, daha sonra isə Vosstaniye küçəsinə doğru qaçıb.
Avtobusda sərnişinlər olub, xəsarət alan olmayıb. Sürücü ehtiyatla tüstüləyən butulkadan uzaqlaşıb.
Hadisə yerinə gələn polis əməkdaşları butulkadan barmaq izlərini götürüb və 9-cu Sovetskaya küçəsi, 9/30 ünvanında yerləşən evdən müşahidə kamerasının görüntülərini tələb ediblər.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31