Kreml Rusiya və Türkiyə arasında Ukrayna məsələsindəki fikir ayrılıqlarını açıqlayıb

Olaylar.az Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ankara ilə Moskva arasında Ukrayna ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Rusiya Federasiyası Ukrayna mövzusu ilə bağlı arqumentlərini səbirlə Türkiyəyə çatdırmağa davam edəcək. Bu barədə Kremlin sözçüsü Şərq İqtisadi Forumunda "İzvestiya"ya müsahibəsində danışıb. Peskovun sözlərinə görə, Rusiya və Türkiyə  tərəfləri arasında  Ukrayna böhranı ilə bağlı fikir ayrılığı var. 

Rusiya dövlət başçısının mətbuat katibi Türkiyənin Rusiyanın mühüm tərəfdaşı olduğunu etiraf edərək, iki dövlət arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

"Türkiyə bizim üçün dost ölkədir. Həm beynəlxalq siyasət baxımından, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından bizim çox mühüm tərəfdaşımızdır. Biz bilirik ki, Türkiyə qeyri-qanuni anti-Rusiya sanksiyalarına qoşulmayıb. Türkiyə suveren, müstəqil xarici siyasət yürüdür", - deyə Peskov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31