Peskov Putin və Zelenski arasında görüş olması üçün şərtləri açıqlayıb
6 Sentyabr 2022 12:01 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna liderlərinin görüşməsi üçün konsolidasiya ediləcək razılaşmalar üçün zəmin yaratmaq lazımdır. Lakin bu haqda hələ söhbət yoxdur. Bu barədə Kremlin sözçüsü "İzvestiya"ya müsahibəsində danışıb.
"Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün iş görülməli və ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur". Bundan əvvəl Dmitri Peskov Vladimir Putinin 2022-ci ilin sonuna qədər Federal Məclisə mesaj verəcəyini demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31