Kreml Britaniyanın yeni baş naziri haqqında: münasibətlərin yaxşılaşacağını gözləmək olmaz
6 Sentyabr 2022 11:45 DünyaOlaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti Liz Trussın Böyük Britaniyanın baş naziri postuna gəlişindən sonra Moskva ilə London arasında münasibətlərin yaxşılaşacağını gözləmir. "Düzünü desəm, xanım Trussın bu vəzifəyə namizəd olarkən ölkəmizlə bağlı söylədiyi fikirlərə əsasən, hansısa dəyişiklikləri gözləməyə ehtiyac yoxdur"-deyə Peskov bildirib.
Eyni zamanda Peskov Vladimir Putinin Liz Trussı Britaniya hökuməti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib-etməyəcəyi sualına cavab verə bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31