Rusiya Mariupolda tibb mərkəzi açacaq

Olaylar.az xəbər verir ki, Mariupolda Rusiyanın Federal Tibbi və Bioloji Agentliyinin multidissiplinar tibb mərkəzi yaradılacaq. Bunu FMBA-nın rəhbəri Veronika Skvortsova Şərq İqtisadi Forumu çərçivəsində "Rossiya 24" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, mərkəzin tikintisi Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə birgə aparılacaq. Texniki layihə artıq hazırdır və nəzərdən keçirilir. "Əslində, bütün növ ixtisaslaşmış yardımlar, o cümlədən yüksək texnologiyalar təkcə Donetsk Xalq Respublikasının deyil, həm də Luqansk Xalq Respublikasının  sakinlərinə də  göstəriləcək"- deyə Skvortsova əlavə edib. 

Mənbə-Vesti.ru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31