Avtobusda unudulan uşaq günvurmadan öldü
6 Sentyabr 2022 11:00 DünyaYaponiyada üç yaşlı qız avtobusda vəfat edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, nəqliyyat vasitəsində unudulan körpə orada altı saat qalıb.
Belə ki, Tina Kavamoto digər uşaqlarla birgə bağçaya gedən avtobusa minib. Bağçaya çatanda o, nəqliyyat vasitəsindən çıxmayıb və tərbiyəçilərdən heç biri bunun fərqinə varmayıb.
Uşaqlar evə qayıtmaq üçün avtobusa minəndə Tinanı orada huşsuz halda görüblər. Hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü müəyyən ediblər.
İlkin səbəb kimi günvurma göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31