“Hinnamnor” qasırğası yüzlərlə aviareysin təxirə salınmasına SƏBƏB OLDU

"Hinnamnor" qasırğası Cənubi Koreyada yüzlərlə daxili aviareysin təxirə salınmasına səbəb olub.

Olaylar.az xəbər verir ki, qasırğanın Koreyanın Çecudo adasının yaxınlığından keçəcəyi və sürəti 216 km/saata çata biləcək güclü külək gətirəcəyi gözlənilir.

Adada yerli səlahiyyətlilər məktəblərdə dərsləri ləğv edib, bir çox müəssisələr bağlanıb.

Qasırğanın sentyabrın 6-da səhər saatlarında Koreyanın ikinci ən böyük şəhəri olan Pusanın qonşuluğundakı ərazilərdən keçəcəyi gözlənilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31