“Biz AB-yə üzvlüklə bağlı danışıqlar proseduruna başlamağa hazırıq" - Ukrayna Baş naziri
5 Sentyabr 2022 21:14 DünyaBu ilin sonuna kimi Ukrayna Avropa Birliyinə üzv olmaq üçün namizəd ölkə statusunun təqdimatı zamanı qarşıya qoyulan 7 şərtin hamısını yerinə yetirmək əzmindədir.
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.
"Biz AB-yə üzvlüklə bağlı danışıqlar proseduruna başlamağa hazırıq. Təbii ki, biz həm də bütün sahələr - iqtisadi, nəqliyyat, rəqəmsal və s. üzrə vizasız rejimə daxil olmaq üçün həmin iddialı planları yerinə yetiririk", - Şmıqal qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31