Çində güclü zəlzələ BAŞ VERİB

Çinin Sıçuan əyalətinin Kandinq şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin yerin 16 kilometr dərinliyində baş verdiyi bildirilib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

***

Çinin Sıçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 30-a çatıb.

Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib.

Çin Sədri Si Szinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Dağıntılar altında insanların qaldığı ehtimal olunur.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31