Vladimir Putin və Nikol Paşinyan arasında görüş olacaq
5 Sentyabr 2022 18:37 DünyaRusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.
Onun sözlərinə görə, tərəflər görüş zamanı Qarabağ məsələsini müzakirə edəcəklər.
Qeyd edək ki, Şərq İqtisadi Forumu sentyabrın 5-dən 8-nə qədər Vladivostok şəhərində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31