Türkiyə Ukraynadan ərzaq daşıyan daha üç gəminin yola salındığını açıqlayıb

Kənd təsərrüfatı məhsulları daşıyan üç gəmi Ukraynanı tərk edib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmilər həmin gün səhər saatlarında Ukrayna limanlarını tərk ediblər. 

Qeyd olunur ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının tədarükü İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31