Aİ Rusiya ilə viza barəsində bu həftə qərar verəcək
5 Sentyabr 2022 14:23 DünyaAvropa İttifaqına daxil olan ölkələrin daimi nümayəndələri Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişinin tam dayandırılmasını bu həftənin əvvəlində təsdiq edə bilər Olaylar.az xarici KİV-lərə istinadən bildirir ki, sənəddə Rusiya Federasiyası ilə viza müqaviləsinin tam dondurulmasının təsdiqi ilə bağlı bənd "mümkündür" deyə qeyd olunub.Avqustun 31-də Avropa İttifaqının xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq qərarına gəliblər. Yeni sənədə əsasən, Aİ ölkələrinə daxil olmaq üçün yeni icazələrin alınması daha çətin, bahalı və vaxt aparacaq. Artıq abituriyentlər daha çox sənəd toplamalı olacaqlar, ərizəyə baxılma müddəti uzadılacaq və ərizə rüsumu 35 avrodan 80 avroya yüksələcək.