Türkiyə ordusu Suriyada altı terrorçu zərərsizləşdirib
5 Sentyabr 2022 14:23 DünyaTürkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Sülh bulağı", "Fərat qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatı bölgələrində ümumilikdə 6 terrorçu zərərsizləşdirib.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, Türkiyə hərbçiləri hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb. Türkiyə ordusunun itkilərinin olmadığı deyilir.
Qeyd edək ki, avqust ayı ərzində 90 terrorçunun məhv edildiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31