Kabildəki partlayışda 2 rus diplomat həyatını itirib

Bu gün Rusiyanın Kabildəki səfirliyi qarşısında baş verən terror  hücumu nəticəsində Rusiya diplomatik departamentinin iki əməkdaşı həlak olub. Olaylar.az xəbər verir ki, sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin yaxınlığında naməlum şəxs partlayış törədib.  İlkin məlumatlara görə, partlayışı kamikadze törədib, o, təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Əl-Cəzirənin təsdiqlənməmiş məlumatlarına görə, hadisə nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31