Türkiyənin hərbi gəmisi İsrail limanına yanaşıb
5 Sentyabr 2022 12:48 DünyaTürkiyə Hərbi Dəniz Donanmasının hərbi gəmisi İsrailin Hayfa limanına yanaşıb. Kemalreis esminets tipli gəminin limanda bir neçə gün qalacağı bildirilib. Olaylar.az xəbər verir ki, gəmi Aralıq dənizində aparılan NATO təlimlərindən sonra Israil limanına gəlib.Bu hadisə iki ölkənin münasibətlərinin bərpasından sonra baş verib.Olay regionda destruktiv fəaliyətdə olan bir çox ölkənin narahatlığına səbəb olub.Mütəxəssislərin rəyinə görə iki ölkənin yaxınlaşması bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına ciddi şəkildə təsir edə biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31