Ukrayna silahlı qüvvələri Kamenka-Dniprovskanı atəşə tutub

Ukrayna əsgərləri Zaporojye vilayətində Kamenka-Dneprovska şəhərini atəşə tutub.

Olaylar.az xəbər verir ki, bu barədə şəhərin hərbi-mülki administrasiyasından məlumat verilib.

"Nikopoldan Kamenka-Dneprovskaya atəşə tutulur. Mülki infrastruktura ziyan dəyib" - deyə, məlumatda qeyd edilir. Avqustun 25-də Enerqodardan 25 km aralıda yerləşən Kamenka-Dneprovskayada üç hücum qeydə alınıb. Bundan əlavə, həmin gün Zaporojye vilayətində daha 26 zərbə, o cümlədən 17-si Zaporojye AES-in ərazisində qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31