Rusiyanın Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış olub
5 Sentyabr 2022 11:38 DünyaKabildə Rusiya səfirliyi yaxınlığında partlayış baş verib. Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik qurbanların olub-olmadığı da məlum deyil. Partlayış Kabildə Rusiya diplomatik missiyasının binasının yerləşdiyi Dar-ül-Aman küçəsi yaxınlığında baş verib. İlkin məlumatlara görə, partlayış birbaşa səfirliyin darvazalarının qarşısında törədiıib. Əraziyə təcili yardım maşınları cəlb edilib. Baş verənlərlə bağlı rəsmi məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31