Mirzoyan Lavrovla görüşəcək

Sentyabrın 5-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yola düşəcək.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Görüş zamanı regional təhlükəsizlik və sabitlik, o cümlədən Ermənistan-Rusiya müttəfiqlik münasibətləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31