Çexiyada hökumətə qarşı ETİRAZ
3 Sentyabr 2022 23:54 DünyaÇexiyanın paytaxtı Praqanın Vatslav meydanında baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirib.
Olaylar.az "Report"a istinadən bildirir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıblar.
"Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı kabinetin istefasını tələb edəcəyik", - aksiya iştirakçılarından biri deyib.
Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31