Pakistanda daşqın - 8 ölü

Pakistanda leysan yağışları daşqınlara səbəb olub.

Ölkənin Bəlucistan əyalətində daşqınlar nəticəsində 8 nəfər ölüb.

Səlahiyyətlilər Bəlucistan əyalətinin Ketta şəhərində leysan yağışların davam edəcəyini açıqlayıb.

Pakistanın Hayber-Paxtunxva əyaləti ilə Gilgit Baltistan bölgəsi arasında daşqın səbəbindən nəqliyyatın dayandığı bildirilib.

Sind əyalətinin Kəraçi şəhərində avtomobillər su basan yollarda çətin anlar yaşayıb.

Sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31