Trampın evindən 11 məxfi sənəd tapılıb
12 Avqust 2022 22:28 DünyaABŞ-ın sabiq prezidenti, Donald Trampın malikanəsində axtarışlar zamanı 11 məxfi sənəd tapılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" xəbər yayıb.
Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı araşdırma zamanı sənədlərin bəzliərində "tam məxfi" sözləri qeyd olunub.
Günün əvvəlində FTB-nin Trampın mülkündə nüvə silahı ilə bağlı məxfi sənədlər üçün axtarış apardığı bildirilmişdi.
Avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı mülkünə basqın edib.
Axtarışlar eks-prezidentin Ağ Evdən götürdüyü iddia edilən sənədlərlə bağlı ola bilər. Bununla belə, Vaşinqton vəziyyətdən xəbərsiz olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31