"Bir neçə istiqamətdə rus işğalçılarının hücumu dəf edilib" - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı
12 Avqust 2022 21:18 DünyaUkrayna hərbçiləri bir neçə istiqamətdə rus işğalçılarının hücumunu dəf edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Belə ki, Slavyansk istiqamətində ruslar ukraynalıların mövqelərinə atəş açıb. Həmçinin, Zaliman yaxınlığına aviazərbələr endiriblər.
Kramatorskun Beloqorovka - Qriqoryevka rayonları və Baxmut istiqamətindən isə Rusiya qüvvələrinin kəşfiyyat aparmaq cəhdləri uğursuzluqla nəticələnib.
Eyni zamanda, Pokrovskoye-Baxmut istiqamətində rusların qismən uğur qazandığı və ərazidə möhkəmlənməyə çalışdığı bildirilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31