"Bütün işğal olunmuş əraziləri, o cümlədən Krımı azad edəcəyik" - Ukrayna müdafiə naziri
12 Avqust 2022 20:29 DünyaRusiya ilə mümkün olan yeganə ərazi kompromisi Ukraynanın 1991-ci il sərhədlərinə çıxış əldə etməsi ilə bağlıdır.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri ardıcıl olaraq bütün işğal olunmuş əraziləri, o cümlədən Krımı azad edəcək. Buna görə də, Ukrayna cəbhəni sabitləşdirməlidir ki, Baş Qərargah əks-hücum üçün ən əlverişli üsul və istiqamətləri seçə bilsin.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31