Cənubi Koreyada qırıcı qəzaya düşdü: Pilotlar katapult etdi

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Yonhap"-ın məlumatına görə, Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-4E ("F-4I") qırıcısı cümə günü təlimlər zamanı qəzaya uğrayıb.

Qeyd olunur ki, insident Seuldan 35 km məsafədə Sarı dəniz üzərində baş verib.

Hər iki pilot katapult edib. Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31