“1,4 milyarddan çox çinliyə qarşı mübarizənin sonu yaxşı olmayacaq”- Pekin ABŞ-ı hədələdi
12 Avqust 2022 13:02 Dünya"ABŞ hökuməti Tayvan məsələsində qəsdən təxribat etməklə öz ölkələsinə olan etibarı sarsıdıb".
Olaylar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.
"Tayvan məsələsində qəsdən təxribat sadəcə ABŞ-ın etibarını sarsıda bilər. 1,4 milyarddan çox çinliyə qarşı mübarizə heç vaxt yaxşı bitməyəcək", - XİN rəhbəri deyib.
O qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edərək ada ətrafında gərginlik yaradıb və siyasi təxribat törədib.
XİN rəhbərinin fikrincə, Vaşinqton Taybeyin köməyi ilə Pekinə nəzarəti ələ keçirməyə çalışır: "Tayvan boğazındakı status-kvonu Çin deyil, Tayvanla birlikdə Çinə nəzarət etməyə çalışan ABŞ, eləcə də müstəqillik axtarışında Birləşmiş Ştatlara arxalanan adanın hakimiyyət orqanları dəyişir".
Azpost.info