Yəməndə partlayış- Çox sayda mühəndis, mütəxəssis və hərbiçi həyatını itirdi

Yəməndə hərbi bazada partlayış baş verib. Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yəməndə İran dəstəkli hüsilərin Əl- Xafa hərbi bazasında güclü partlayış baş verib. Əl-Xafa Səna şəhərinin cənub bölgəsində yerləşir. Məlumata görə, bazada İrandan qaçaq yollarla gətirilən ballistik raketlərin mütəxəssislər tərəfindən toplanıb, istismar edilib. Partlayış nəticəsində çox sayda mühəndis, mütəxəssis və hərbiçinin öldüyü bildirilib. Həmin şəxslər İran və Livan vətəndaşları olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31