Almaniyada əyləncə parkında QATARLAR TOQQUŞDU
11 Avqust 2022 23:31 DünyaAlmaniyada əyləncə parkında qatarlar toqquşub.
Olaylar.az xəbər verir ki, hadisə Leqolend əyləncə parkında baş verib. Qatarlardan birinin maşinisti qəfil əyləci basıb və bu, onun arxasınca gələn qatarla toqquşmasına səbəb olub. Hadisə zamanı 34 nəfər xəsarət alıb.
Əraziyə 3 xilasedici helikopter, yanğınsöndürmə, xilasetmə xidmətləri və həkimlər cəlb edilib.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31