Fransada yanğınlar 57 min hektar ərazinin məhvinə SƏBƏB OLDU
11 Avqust 2022 23:05 Dünyaİlin əvvəlindən Fransada yanğınlar səbəbindən ən azı 57 min 600 hektar yaşıllıq sahəsi yanıb.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Avropa Meşə Yanğınları İnformasiya Sistemi məlumat yayıb.
Digər tərəfdən dördüncü isti dalğasının yaşandığı ölkədə həddindən artıq istilər səbəbiylə 19 əyalətdə narıncı, 45 əyalətdə isə sarı həyəcan siqnalı verildiyi bildirilib.
Qeyd edək ki, 2003-cü ildə ölkədə 74 min hektar yaşıllıq sahəsi yanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31