"Suriya ilə birbaşa təmaslardan söhbət belə gedə bilməz” - Mövlud Çavuşoğlu
11 Avqust 2022 20:37 Dünya"Hazırda Suriya ilə birbaşa təmaslardan söhbət belə gedə bilməz".
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşşar Əsəd arasında telefon danışığına hazırlıq görüldüyünə dair iddiaları təkzib edərkən deyib.
O bildirib ki, yalnız xüsusi xidmət orqanları vasitəsilə danışıqlara başlanılıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə KİV iki ölkə başçısının telefon danışığı apara biləcəyini yazmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31