"Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır” - Çavuşoğlu
11 Avqust 2022 19:50 Dünya"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb".
Olaylar.az bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır", - deyə o bildirib.
Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: "Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük".
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31