“Heç bir rusun azad dünyada istirahət etməyə haqqı yoxdur" - ABŞ-ın Rusiyadakı keçmiş səfiri

"Ruslar azad dünyada istirahət imkanından məhrum edilməlidir".

Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.

"Heç bir rusun azad dünyada istirahət etməyə haqqı yoxdur. Bu, xüsusilə bu gün bir imtiyazdır", - diplomat özünün "Tviter" səhifəsində yazıb.

Eyni zamanda, o qeyd edib ki, baş verən hadisələr fonunda vətənlərini tərk etmək istəyən və xaricdən Rusiyada azadlıq və insan haqları uğrunda mübarizə aparmağa çalışan rusları həvəsləndirməyə dəyər.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31