“Fantomas” serialı yenidən çəkiləcək

Fransız prodüser Vassim Beji və SND şirkəti "Fantomas" detektiv romanını yenidən çəkəcək.

Olaylar.az bildirir ki, filmin və serialın orijinal əsər əsasında lentə alınması planlaşdırılır.

Bejinin sözlərinə görə, yeni layihələrin yaradıcıları "Fantomas"ı daha zəhmli obrazda təqdim etmək istəyirlər. Bildirildiyinə görə, əsərin orijinalında da əslində bu obraz nəzərdə tutulur.

Prodüserin sözlərinə görə, çəkiləcək bu serial hazırda Fransanın ən iddialı layihələrindəndir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31