“Coca Cola” Rusiyaya görə 195 milyon dollar zərər etdi
11 Avqust 2022 16:04 Dünya"Coca Cola Hellenic Bottling Company" şirkəti Rusiyadakı fəaliyyətini dayandırdıqdan sonra bu ilin birinci yarısında 195 milyon dollar zərər edib.
Şirkət 2022-ci ilin birinci yarısı üçün maliyyə hesabatında Rusiyada qalan ehtiyatların demək olar ki, tükəndiyini və "Coca Cola"nın istehsal və satış dayandırıldıqdan sonra ikinci yarıda təxminən 85 milyon dollar maliyyə itkisi gözlədiyini bildirib.
Bundan əlavə, 2022-ci ilin ilk 6 ayında şirkətin xalis gəliri 34 faiz azalaraq 153 milyon avroya düşüb.
Qeyd edək ki," Coca Cola" mart ayında Ukraynadakı hərbi əməliyyatdan sonra Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31