“Bir ölkə, iki sistem” ideyasını qəti şəkildə rədd edirik”- Tayvan XİN-dən Çinə ultimatum
11 Avqust 2022 14:59 Dünya"Çinin "bir ölkə, iki sistem" ideyasını dəstəkləmirik".
Olaylar.az Azpost.info-ya istinadən xəbər verir ki, "Reuters" -in məlumatına görə, bunu Tayvan Xarici İşlər Nazirliyinin sözçüsü Coan Ouya istinadən yazıb.
"Tayvan "bir ölkə, iki sistem" ideyasını qəti şəkildə rədd edir", - XİN rəsmisi deyib. O qeyd edib ki, yalnız Tayvan xalqı öz gələcəyini müəyyən etmək hüququna malikdir.
Tayvanla bağlı "bir ölkə, iki sistem" tezisi keçmiş Çin lideri Den Syaopin tərəfindən 1980-ci illərin əvvəllərində irəli sürülüb. Bu ideya vahid Çinin mövcudluğunu nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31