Pakistanlı boksçular Britaniyada itkin düşdülər

Britaniyada keçirilən turnirdən sonra iki pakistanlı boksçu itkin düşüb.

Bu barədə Pakistan boks federasiyasının katibi Nasir Tanq məlumat yayıb.

O bildirib ki, boksçular dönüş təyyarəsinə gəlməyiblər:

"Onların pasportları və səyahət sənədləri hələ də əlimizdədir".

Pakistan rəsmiləri boksçuların yoxa çıxmasını araşdıracaqlarını bildirib və Britaniya polisini xəbərdar ediblər.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31