Ermənistanda üstündə Atatürkün şəkili olan məktəbli çantaları satılır - FOTOLAR

Ermənistanda üzərində Mustafa Kamal Atatürkün şəkili olan məktəbli çantaları satılır. 

Bununla bağlı erməni jurnalist Armine Melkonyan Facebook səhifəsində paylaşım edib.

O, statusunda şəkil yerləşdirərək ölkədə türkçülüyün təbliğindən şikayət edib. Melkonyanın paylaşımı erməni KİV-nin də diqqətini çəkib. Bəzi müxalif saytlar son zamanlar ölkə bazarlarında Türkiyə istehsalı olan məhsulların artdığını yazıblar. 

Xəbər saytları konkret olaraq üzərində Atatürkün fotosu olan çantaların isə "Urartu" univermağında satıldığını öyrəniblər.

gündəm.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31