“ABŞ-ın İranın nüvə sazişinə qayıtması böyük səhvdir”- Con Bolton
11 Avqust 2022 11:36 Dünya"ABŞ-ın İranın nüvə sazişinə qayıtması böyük səhvdir".
CNN telekanalı bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona istinadən yayıb.
"Düşünürəm ki, administrasiyanın 2015-ci il nüvə sazişinə qayıtmaq üçün yalvararaq İrana zəiflik nümayiş etdirməyə davam etməsi böyük səhvdir... Administrasiya Vyanada diz çökərək razılaşmaya qayıtmaq üçün yalvarırdı. Bu, təkcə İrana deyil, bütün dünyaya "zəiflik siqnalı"nı ötürür", - Bolton bildirib.
O hesab edir ki, indi İranın nüvə proqramından imtina edə biləcəyini göstərən heç nə yoxdur.
Qeyd edək ki, Bolton ABŞ-ın İranın nüvə proqramı üzrə birgə fəaliyyət planından çıxması təşəbbüsü ilə çıxış edən prezident Donald Trampın müşaviri olub.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31