Türkiyə və İsrail konfrans keçirməyi PLANLAŞDIRIR

Türkiyə və İsrail iqtisadiyyat və ticarət əlaqələri üzrə konfrans keçirməyi planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə İsrailin adı açıqlanmayan yüksək çinli məmuru deyib.

Onun sözlərinə görə, iki ölkə münasibətləri yoluna qoymaq üçün payızda belə bir konfrans keçirməyi düşünür.

Bildirilib ki, İsrailin iqtisadiyyat naziri Orna Barbivai Matan Şafranı Türkiyəyə yeni iqtisadiyyat üzrə attaşe təyin edib.

Barbivai İsrailin iyul ayında İstanbulda iqtisadi və ticarət əlaqələri ofisini yenidən açmasını Təl-Əvivin münasibətləri dərinləşdirməyə sadiqliyini əks etdirdiyini söyləyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31