Çin ordusunun hərbi təlimləri başa çatıb

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədə başlayan hərbi təlimləri başa çatıb.

Olaylar.az bildirir ki, bundan sonra Şərq nəhəngi adanın yaxınlığında müntəzəm patrul xidməti aparmağı planlaşdırır.

Bu barədə Çinin Şərq Hərbi Əməliyyatlar Dairəsi Komandanlığının sözçüsü Şi Yi məlumat verib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə ordu bütün tapşırıqları uğurla yerinə yetirib.

Eyni zamanda, çərşənbə günündən etibarən Tayvan limanlarına gedən ticarət gəmiləri əvvəlcədən planlaşdırılan marşrutlar üzrə hərəkəti bərpa edib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31