Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya NOTA VERDİ
10 Avqust 2022 21:44 DünyaRusiyanın Mi-8 helikopteri Estoniyanın Koydula sərhəd-keçid məntəqəsi istiqamətində icazəsiz hava məkanına daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Estoniya nöqteyi-nəzərindən bu, çox ciddi və kədərli haldır. Həm də, heç bir halda qəbul olunmazdır", - bəyanatda deyilir.
Həmçinin, hadisəyə etiraz etmək üçün Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb və ona ölkənin hava sərhədinin pozulması ilə bağlı nota təqdim edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31