Ukraynadakı müharibəyə etiraz edən redaktor 10 il həbsə məhkum ola bilər - AÇIQLAMA
10 Avqust 2022 21:31 DünyaOlaylar.az bildiri ki, "Birinci Kanal"ın canlı yayımında Ukraynadakı müharibəyə etiraz edərək gündəmə gələn redaktor Marina Ovsyannikovanı 10 ilədək həbs gözləyir.
Bu barədə onun vəkili Dmitri Zaxvatov məlumat verib.
Məlumata görə, polis Ovsyannikovanın evində axtarış aparıb.
Qadına qarşı Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salma maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, ötən gün Moskva məhkəməsi Rusiya ordusunu nüfuzdan saldığını əsas gətirərək redaktoru 40 min rubl məbləğində (1 000 manat) cərimələyib.
Məlumat üçün əlavə edək ki, M.Ovsyannikova sonuncu dəfə Kreml sarayının yaxınlığında "352 uşaq ölüb, sizin dayanmağınız üçün daha neçə uşaq ölməlidir?" yazılan plakatla etiraz aksiyası keçirib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31