Leysan yağışlar fəlakətə səbəb oldu: 9 ölü, minlərlə ev...
10 Avqust 2022 12:09 DünyaNigeriyanın Kano əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda 9 nəfər həyatını itirib.
Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi Agentliyinin Kano katibi Sale Jili əyalətin 10 rayonunda leysan yağışlarının daşqına səbəb olduğunu bildirib.
O, təbii fəlakətdə 9 nəfərin həyatını itirdiyini, ən azı 10 nəfərin yaralandığını və 6 min 417 evin zərər gördüyünü qeyd edib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31